Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirildi


  • 2 İyul 15:52

Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirilib.

E-huquq.az-ın məlumatına görə, bu barədə qərar Rəyasət Heyətinin iclasında qəbul edilib.

Qeyd edilib ki, beynəlxalq təcrübədə vəkillik qurumlarının nəzdində müxtəlif tədris mərkəzləri, institutlar və akademiyalar fəaliyyət göstərir. Bu strukturların adından asılı olmayaraq əsas məqsəd vəkillərin peşə bacarıqlarının inkişaf etdirilməsi və davamlı tədrisin təmin olunmasıdır.

Müzakirələrdən sonra Rəyasət Heyəti Akademiyanın adının Vəkillər Kollegiyasının Tədris Mərkəzi olaraq dəyişdirilməsinə dair qərar qəbul edib.

Oxşar xəbərlər