- 15:45
"Ölkəmizdə vəkillik peşəsinə maraq artmaqda davam edir. Müntəzəm olaraq keçirilən imtahanlar nəticəsində vəkillərin sayı artıb ki, bu da hüquqi yardımın daha əlçatan olmasına xidmət edir. Bütün bu tədbirlərin əsas məqsədi hər bir vətəndaşın keyfiyyətli hüquqi yardıma çıxış imkanlarını genişləndirməkdir".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, imtahanlar tam şəffaf şəkildə keçirilir: "Şəffaflığın təmin edilməsi üçün müxtəlif yerli və beynəlxalq təşkilatlarının nümayəndələri, eləcə də media təmsilçiləri müşahidəçi qismində iştirak edirlər".
Sədrin sözlərinə görə, bu dəfəki imtahanda 421 namizəd iştirak edir: "Onların 71%-i 40 yaşadək şəxslərdən ibarətdir. İmtahana qatılan qadınların hüquqşünasların da sayı kifayət qədərdir. Belə ki, namizədlərin 26%-ni qadınlar, 74%-ni isə kişilər təşkil edir. İştirakçılar ölkənin bütün bölgələrini təmsil edirlər. Onların 55,2%-i Bakı şəhərindən, 44,8%-i isə digər regionlardan, eləcədə də Naxçıvan Muxtar Respublikasından qatılıb".
Şəbnəm Mehdizadə