- 12:05
Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə Vəkillər Kollegiyasının Deontologiya Komitəsi ilə Mərkəz arasında əməkdaşlıq çərçivəsində distant formada təlimlər keçirilib.
Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.
Belə ki, iyulun 3-də “Vəkil etikası və davranış qaydaları barədə ümumi müddəalar” mövzusunda təşkil edilən təlimdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun müdiri Ramiz İbrahimov vəkil etikası, etik normalar, vəkil davranış kodeksi, peşə etikasına riayət və digər əlaqəli məsələlər barədə çıxış edib.
İyulun 4-də isə “Vəkilin ona müraciət etmiş şəxslərə qarşı münasibəti” mövzusunda keçirilən təlimdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun müdiri Azər Quliyev tərəfindən vəkil-müştəri münasibətləri, ədalətli yanaşma prinsipi, hüquqi etik standartlar, müştərinin maraqlarının qorunması və digər müxtəlif məsələlər üzrə müzakirələr aparılıb.
Qeyd edək ki, təlimlərdə ümumilikdə 68 vəkil iştirak edib.