Anar Bağırov: "Vəkillər tibbi arayış tələb olunmadan istintaq təcridxanasına buraxılacaqlar"


  • 13 May 2020 20:32

"Son günlər vəkillərin istintaq təcridxanalarına buraxılması ilə bağlı Covid -19 testi barədə tibbi arayışın tələb olunması problemi apardığımız müzakirə nəticəsində öz müsbət həllini tapdı"

E-huquq.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.

O qeyd edib ki, Ədliyyə Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən sabahdan etibarən vəkillər əvvəlki qaydada əlavə tibbi arayış
tələb olunmadan ölkənin bütün istintaq təcridxanarına buraxılacaqlar: "Bununla belə, tibbi maska və qoruyucu əlcəklərin taxılması, dezinfeksiya vasitələrdən istifadə mütləqdir!
Ədliyyə nazirliyinin rəhbərliyinə və şəxsən cənab nazir Fikrət Məmmədova vəkil korpusu adından öz minnətdarlığımızı bildiririk".

Oxşar xəbərlər