Məhkəmə binasına giriş zamanı vəkillərdən telefon və planşetlər alınmayacaq


  • 13 May 2020 20:47

"Bu gün Bakı Kommersiya Məhkəməsinin yeni təyin olunan sədri İlham Əhmədovdan aldığım məlumata görə, keçmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin binasına vəkillərin girişi zamanı mobil telefonlar və planşetlər artıq alınmayacaq"

E-huquq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.

Onun sözlərinə görə, bununla bağlı İlham Əhmədov tərəfindən lazımi tapşırıqlar verilib: "Vəkil korpusu adından sədr İlham Əhmədova təşəkkür edirəm".

Oxşar xəbərlər