Məzmuna keç

Vəkil: “Pul öhdəliklərinə fors-major halının tətbiq edilməsinin mümkünlüyünün tanınması məhkəmə təcrübəsində dönüş oldu”

"Pandemiya şübhəsiz ki, biznesə təsir edir .Böhranın başlaması ilə sahibkarlar, demək olar ki, hər müqavilə üzrə fors-major vəziyyətini necə tətbiq edəcəklərini düşünməyə başlayıblar.
Qanunda “fors-major”anlayışı yoxdur. Fövqəladə və qəfil vəziyyətləri ifadə etmək üçün "qarşısıalınmaz qüvvə”anlayışından istifadə olunur".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının İntizam Komissiyasının sədr müavini, vəkil İlhamə Həsənova bildirib.

Onun sözlərinə görə, fors-major vəziyyətlərinin müxtəlif xüsusiyyətləri var. Belə ki, burada ekstremallıq və gözlənilməzlik, yəni konkret həyat şəraitində müstəsna, qeyri-adi bir hal baş verir: "Hadisələrin qarşısının alına bilməməsi – bu o deməkdir ki, sizin yerinizdə olsa heç kəs konkret hadisə və onun nəticələrindən qaça bilməzdi. Baş verən halın tərəflərdən asılı olmaması – yəni, heç bir tərəf öz hərəkətləri ilə baş verənlərin qarşısını ala və ya bu hala son qoya bilmir. Ancaq fors-major hallarının tətbiq edilməsi üçün yalnız bu cür halların olması kifayət deyil. Bundan əlavə, daha üç şərt tələb olunur:

Qarşısıalınmaz şəraitin davamlılıq müddəti. İstənilən fövqəladə halın əvvəli və sonu olur. Fors majorun başlama anının müəyyən olunması bu halın başlanmasının müqavilə öhdəliyini icra etməyə mane olub olmamasını aydınlaşdırmağa imkan verir. İkinci şərt baş verən hadisə ilə öhdəliklərin icrasının mümkünsüzlüyü arasında olan səbəbli əlaqədir. Bu o deməkdir ki, baş verən hadisələr birbaşa şirkətə və müqavilələri icra etmək qabiliyyətinə təsir etməlidir. Məsələn, hökumət malların idxalını məhdudlaşdırmış,bağlanmış müqavilə isə məhz bu malların idxalını nəzətdə tutur, bu zaman səbəbli əlaqə yaranar.

Üçüncü şərt vicdanlılıqdır. Fövqəladə vəziyyətə istinad edən tərəf vicdanla hərəkət etməli və qarşı tərəfin itkisini artırmamalıdır. Xüsusilə, fors-major vəziyyət barədə məlumat vaxtında verilməlidir.
Pandemiya hələ özü özlüyündə fors-major hadisəsi deyildir. Lakin dövlətin onunla mübarizə üçün tətbiq etdiyi tədbirlər "fors-major" kateqoriyasına düşə bilər. Bu baxımdan aşağıdakı məhdudlaşdırıcı tədbirləri göstərmək olar:

– "iş günü olmayan günlər"

– insanların hərəkətinin məhdudlaşdırılması;

– şirkətlərin işinin dayandırılması və məhdudlaşdırılması;

– sərhədlərin bağlaması və nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlərin tətbiqi

Vəkil qeyd edib ki, bu hallar da bütün sahibkarlar hüquqi və ya fiziki şəxslər üçün fors major hesab oluna bilməz. Hər bir konkret vəziyyət ayrı-ayrılıqda qiymətləndirilməlidir: "Buna aid olaraq bir neçə konkret ssenari göstərmək olar:

1.Şirkətin fəaliyyəti birbaşa hakimiyyət orqanlarının aktı ilə dayandırılır;

2.İşçilət elan edilmiş "iş günü olmayan" günlərə görə işə çıxmırlar;

3.işçilərin təcrid olunması və ezamiyyət məhdudiyyətləri ilə əlaqəli məhdudlaşdırıcı tədbirlər;

4. vətəndaşların hərəkətinə məhdudiyyətlərin tətbiqi ;5.Şirkətin iqtisadiyyatın pandemiyafan ən çox zərər çəkən sahəyə aid edilməsi:

21 apreldə Rusiya Federasiyasının Ali Məhkəməsi, Rusiya Federasiyasının ərazisində koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə tədbirləri ilə əlaqədar qanunvericiliyin tətbiqi ilə bağlı məhkəmə təcrübəsinin bəzi məsələləri ilə bağlı icmal vermişdir.İcmalın yeddinci bəndi epidemioloji vəziyyətin, məhdudlaşdırıcı tədbirlərin və ya özünü təcridetmə rejiminin fors-major halları kimi qəbul edilə biləcəyi şərtlərin təhlilinə həsr edilmişdir.

Ali Məhkəmə vurğulamışdır ki, koronavirus infeksiyasının yayılmasının fors-major hal kimi tanınması bütün növ borclular üçün, fəaliyyət növündən, ödəliyi icra etmək şəraitindən, o cümlədən təşkilatın fəaliyyət göstərdiyi bölgədən asılı olmayaraq universal ola bilməz. Fors-major halları işin müəyyən vəziyyəti(öhdəliyin yerinə yetirilmə müddəti, yerinə yetirilməmiş öhdəliyin xarakteri, borclunun hərəkətlərinin məqsədəuyğunluğu və vicdanlılığı və s. daxil olmaqla) nəzərə alınmaqla müəyyən edilməlidir. ” Eyni zamanda, bir vəziyyətin fors-major halına uyğun olması üçün onun müəyyən bir şərtlərə cavab verməsi zəruridir.Yəni bu vəziyyət qarşısıalınmaz,fövqıladə və gözlənilməz olmalıdır.

Ali Məhkəmənin pul öhdəliklərinə fors-major halının tətbiq edilməsinin mümkünlüyünü tanıması məhkəmə təcrübəsində dönüş oldu.

Rusiya Federasiyası Mülki Məcəlləsinin 401-ci maddəsinə əsasən fors-major halları pul öhdəliklərinə şamil edilmir. Bununla yanaşı, Rusiya Federasiyası Ali Məhkəməsinin icmalında bir şərt qoyulur ki, “zəruri vəsaitin olmamasına müəyyən məhdudlaşdırıcı tədbirlər, xüsusən müəyyən fəaliyyətlərin qadağan edilməsi, özünü təcridetmə rejiminin qurulması və s. səbəb olursa, bu öhdəliyin icra edilməməsinə görə məsuliyyətdən azad edilməsi üçün əsas kimi qəbul edilə bilər.

Bəs müqaviləni,məsələn, məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə əlaqədar zəruri komponentlərin bazarda olmamasının səbəbi ilə yerinə yetirmək mümkün olmadıqda nə etmək olar? Məsələn, istehsalçı şirkətin işləməməsi və ya nəqliyyat əlaqəsi olmadığı üçün Çindən malların tədarükü dayandırılıb.Rusiya Federasiyasının Ticarət və Sənaye Palatası göstərdi ki, belə bir hal heç bir fors-major hal deyil.

Aydındır ki, bu çətin sual məhkəmə təcrübəsində çox tezliklə ortaya çıxacaq, çünki belə hallar çoxdur. Mübahisə halında, Ticarət və Sənaye Palatası, Rusiya şirkətlərinə, tövsiyyə efib ki, vicdanlı davranmalarını sübut etmək üçüm xarici tədarükçülərdən milli ticarət palatalarından fors-major halı ilə bağlı sertifikatı Rusiya tərəfinə göndərməyi tələb etsinlər.Bu sənəd, bir Rusiya şirkəti tərəfindən müqavilə öhdəliyinin icrasının təxirə salınmasına səbəb kimi istifadə edilə bilər.

Onu da qeyd etmək istəyirəm ki, müüavilə öhdəliklərinin icrası ilə bağlı fors-major hallarının və ya fors-major hallarının baş vermə nəticələri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.4 maddəsi ilə tənzimlənir".