Hakimlər və vəkillər arasında şahmat üzrə yarış keçirildi


  • 26 İyun 2020 17:27

Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyalarının İttifaqının birgə təşəbbüsü ilə ilk dəfə hakimlər və vəkillər arasında 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə həsr olunmuş şahmat üzrə dostluq oyunu keçirildi.

Yarış distant şəkildə onlayn formada təşkil olunmuşdur. Gərgin mübarizə və yaradıcılıq ruhunda keçmiş bu görüş vəkillərdən ibarət yığmasının qələbəsi ilə yekunlaşdı.

Ölkəmizin hüquq ictimaiyyətinin həmrəyliyi, qarşılıqlı səmərəli əməkdaşlığının bariz nümunəsi kimi, bu yoldaşlıq görüşü həm də şahmat kimi inlellektual oyuna olan Azərbaycan hüquq peşəsi təmsilçilərinin maraq və bacarığının göstəricisidir.

Hakimlərdən ibarət yığma komandanın tərkibinə hakimlər Abiddin Hüseynov, Bəxtiyar Məmmədov, Elbəy Abdullayev, Elnur Həsənov, İlqar Dəmirov, İlqar Xələfov, Rəfail Eyvazov, Teyyub Muxtarov daxil idilər. Vəkillərdən ibarət yığma komandanın tərkibinə isə vəkillər Aydın Ələkbərov, Camal Əliyev, Elşən Səfərov, Əkrəm Həsənov, Əziz Eminov, Sənan Süleymanlı, Siracəddin Kərimov, Vüqar Kərimov daxil idilər.

Canlı olaraq təşkil olunmuş oyun vəkil Tahir Əliyev tərəfindən şərh edilmişdir.

Qeyd olunamlıdır ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Azerbaijan attorneys in chess” şahmat komandası Paris və Odessa vəkillər kollegiyaları, üzərində qələbələr qazanmış dünyanın bu sahəd vəkillərdən ibarət aparıcı və güclü heyətlərdən biridir.

Qalibləri təbrik edir, onlara yeni-yeni uğurlar arzu edirik.

Yarışın video yazını BURADAN izləmək mümkündür.

Oxşar xəbərlər