Azərbaycanda 2 vəkil koronavirusa yoluxdu


  • 30 İyun 2020 11:19

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının iki üzvü yeni növ koronavirusa yoluxub.

E-huquq.az-ın məlumatına görə, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat verib.

"Bu günə olan məlumata görə, 2 vəkilimiz COVID-19-a yoluxub, xəstəliklə mübarizə aparırlar. Onların hər ikisi ilə danışmışam. 24 saat ərzində istənilən məsələ üzrə müraciət etmələrini xahiş etmişəm, narahatlığımı bildirmişəm.

Vəkil Çimnaz Eyyubova xanımla biraz olar ki, danışdım, sağlamlıq durumu kafidir, ev şəraitində müalicə olunur, bütün vəkillərimizin salamını və dəstəyini ona bildirdim, çox sevindi. Çimnaz xanım təcrübəli vəkildir, 20 ildən çoxdur ki, VK üzvüdür, mübarizdir, güclü iradəyə malikdir, bu xəstəliyə qalib gələcəyinə əminəm.

Böyük vəkil birliyimiz, ailəmiz hər zaman dəyərli vəkillərimizin yanındadır. Allah bütün xəstələrə, o cümlədən, bizim xəstəlikdən əziyyət çəkən vəkillərimizə şəfa versin!" - deyə Kollegiya sədri bildirib.

Oxşar xəbərlər