BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev vəkilliyə qəbul olundu


  • 14 İyul 2020 13:14

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı Əmir Əliyev vəkilliyə qəbul olunub.

E-huquq.az-ın məlumatına görə, bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında məlumat verilib.

İclasda vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş vəkilliyə namizədlərin onlayn andiçmə mərasimi keçirilib, hazırda dövlət qulluğunda olan bəzi vəkilliyə namizədlərin vəkillik fəaliyyətinə başlamalarına möhlət verilməsinə dair müraciətlərə baxılıb və bir sıra vəkillərin mükafatlandırılması məsələlərinə dair müsbət qərarlar qəbul olunub.

Qeyd edək ki, Ə.Əliyevlə yanaşı, BDU-nun professorları, kafedra müdirləri Kamil Səlimov və Şəhla Səmədova vəkilliyə qəbul olunub.

Oxşar xəbərlər