Mirzayev&Partners
    AzGranata
    TRY
    USD
    EUR
    RUB
    0,2438
    1,7000
    2,0018
    0,0233
AZ
RU

Azərbaycan vəkilliyinin yaranmasından 101 il ötür

Bu gün Azərbaycan vəkilliyinin 101 yaşı tamam olur. Məlum olduğu kimi, 30 iyul 1919-cu il tarixi - Azərbaycan Xalq Cümhuriyyətində Andlı Müvəkkillər Şurasının təşkili və yaradılma günü Azərbaycanda milli vəkilliyin təşəkkül tapma tarixi kimi əlamətdardır.

E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası qeyri-dövlət, müstəqil, özünüidarə edən və bütün vəkillərin daxil olduğu təşkilatdır, qeyri-kommersiya məqsədilə yaradılıb. Vəkillər Kollegiyası Azərbaycan SSR-nin 13 noyabr 1980-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan SSR vəkilliyi haqqında Əsasnamə” ilə fəaliyyət göstərən Vəkillər Kollegiyasının hüquqi varisidir.

Əsas vəzifəsi

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının əsas vəzifəsi hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsindən, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsini təmin etməkdən, vəkillik peşəsinin nüfuzunu yüksəltməkdən ibarətdir.

Fəaliyyəti

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşkili və fəaliyyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu və ona müvafiq olaraq qəbul edilmiş Vəkillər Kollegiyasının Nizamnaməsi ilə müəyyən edilir.

Üzvləri

Hazırda Azərbaycan Respublikasında fəaliyyət göstərən Vəkillər Kollegiyası üzvlərinin sayı 1708 nəfərdir. Azərbaycan Respublikasının regionlarında fəaliyyət göstərən vəkillərin sayı 370 nəfərdir ki, bunlardan 101 nəfəri fərdi vəkillik fəaliyyəti ilə məşğul olur. Paytaxtda isə fəaliyyət göstərən vəkillərin sayı 1338 nəfərdir, bunlardan 100 nəfəri isə fərdi vəkillik fəaliyyəti ilə məşğul olur. Həmçinin Bakı şəhərində Vəkillər Kollegiyasının 53, regionlarda isə 36 vəkil qurumu fəaliyyət göstərir.

Vəkillərinin sayının artım dinamikası

Vəkillərin sayının artım dinamikasına gəldikdə isə, 2004-cü ilin noyabr ayında yeni Vəkillər Kollegiyası təsis olunanadək vəkillərin sayı 370 nəfər olub. 2005-ci ildə qəbul edilənlərin sayı 151 nəfər olub (359 nəfər vəkilliyə namizəddən 126 nəfər ixtisas imtahanlarını verdikdən sonra Kollegiya üzvlüyünə qəbul olunub). 2006-cı ildə qəbul edilənlərin sayı 24, 2007-ci ildə 235 (441 nəfər vəkilliyə namizəddən 235 nəfəri ixtisas imtahanlarını verdikdən sonra Kollegiya üzvlüyünə qəbul olunub), 2008-ci ildə 27, 2009-cu ildə 71 (506 nəfər vəkilliyə namizəddən 67 nəfəri ixtisas imtahanlarını verdikdən sonra Kollegiya üzvlüyünə qəbul olunub), 2010-cu ildə 15, 2011-ci ildə 9, 2012-ci ildə isə 121 (531 nəfər vəkilliyə namizəddən 122 nəfəri ixtisas imtahanlarını verdikdən sonra Kollegiya üzvlüyünə qəbul olunub), 2013-cü ildə 12, 2014-cü ildə 149, 2015-ci ildə 12, 2016-cı ildə 22, 2017-ci ildə 17, 2018-ci ildə isə 553 nəfər olmuşdur.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən il “Vəkil günü” peşə bayramının təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, dekabrın 28-i Azərbaycan Respublikasında “Vəkil günü” peşə bayramı kimi qeyd edilir.

E-huquq.az olaraq, vəkil adını daşıyan hər kəsi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Fotoğraf açıklaması yok.

CoronaVirus