Anar Bağırov vəkilləri təbrik etdi


  • 30 İyul 2020 11:00

Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov Azərbaycanda vəkilliyin yaranmasının 101 illiyi münasibətilə vəkilləri təbrik edib.

E-huquq.az xəbər verir ki, təbrikdə deyilir:

"Bu gün Azərbaycan vəkilliyinin tarixində ən əlamətdar günlərdən biridir. Düz 101 il əvvəl Azərbaycan Xalq Cumhüriyyəti Ədliyyə Nazirliyi tərəfindən ilk Respublikanın Andlı Müvəkkillər Şurasının (vəkillik təsisatının) təşkili üzrə işə başlanılmışdır. 9 aydan sonra ilk Respublikanın süqutu nəticəsində bu iş tam başa çatdırılmayaraq vəkillərin peşə birliyi təsis edilə bilinmədi. Buna baxmayaraq həmin tarix əbədi olaraq dövlət və hüquq tariximizə vəkilliyin təşkili günü kimi həkk olundu və artıq 3 ildir ki, vəkillərimizin təqvimində bayram günü olaraq öz layiqli yerini tutub.

Keçən ildən etibarən Möhtərəm cənab Prezidentin Sərəncamına uyğun olaraq ölkəmizdə ilk dəfə təsis olunan 28 dekabr - “Vəkil günü” peşə bayramımız ilə bərabər bu gün də bizim üçün çox doğma və əzizdir, tariximiz, Xalq Cumhüriyyətindən bizə qalan mirasdır.

Bütün həmkarlarımı Vəkilliyin təşkili günü münasibətilə ürəkdən təbrik edirəm!"

Oxşar xəbərlər