Karantin şəraitində vəkillərin ezamiyyə problemi ilə bağlı məsələ həll olundu


  • 6 Avqust 2020 12:49

Karantin şəraitində vəkillərin hərəkəti ilə bağlı məsələ (ezamiyyə problemi) öz həllini tapıb.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Məlumatda bildirilir ki, kollegiyanın rəhbərliyinin aidiyyəti dövlət qurumları ilə aralarında əldə olunmuş razılığına əsasən, vəkil qurumlarında fəaliyyət göstərən vəkillərın adları aid olduqları qurumların ASAN imzaları vasitəsilə “icaze.e-gov.az” portalına daxil edilməklə icazələri təmin ediləcəkdir. Fərdi vəkillərə gəldikdə isə, onlar da VÖEN-lərinin bağlı olduğu ASAN imzalar ilə “icaze.e-gov.az” portalı vasitəsilə özlərinə icazə alacaqlar. Artıq portala daxil edilmiş vəkillərin postlarda ezamiyyə vərəqləri təqdim etmələrinə ehtiyac qalmayacaqdır.

Məlum olduğu kimi, bu günüdək vəkil qurumları “icaze.e-gov.az” portalından yalnız qurumda əmək müqaviləsi ilə işləyən şəxslər üçün icazə ala bilirdilər. Lakin günün sonunadək bütün vəkil qurumlarının və fərdi vəkillərin “icaze.e-gov.az” kabinetlərinə “vəkil” bölməsi əlavə ediləcək ki, bundan sonra portala qurumdakı vəkillərin (fərdi vəkillərin) məlumatlarını daxil edib icazə ala biləcəklər.

Hazırda Rəyasət Heyətinin Aparatı vəkil qurumları və fərdi vəkillərin zəruri məlumatlarını aidiyyəti dövlət qurumuna göndərməklə məşğuldur. Texniki həllin protala yerləşdirilməsi müəyyən vaxt tələb etdiyindən yalnız günün sonuna doğru “icaze.e-gov.az” portalına daxil olub vəkillər üçün icazə ala biləcəksiniz.

Oxşar xəbərlər