Anar Bağırov: "Moskvada həmyerlimizə qarşı alçaldıcı hərəkətlər edən erməni əsilli məmur vəzifəsindən azad edildi"


  • 19 Avqust 2020 16:43

Tovuz döyüşləri ərəfəsində Moskvada həmyerlimizə qarşı edilən qanunsuzluğa görə Moskva Vilayəti Mıtişi şəhər dairəsi Administrasiyasında şöbə müdiri vəzifəsində çalışan erməni məmur Roman Radikoviç Şaqinyan cəzalanaraq işdən azad olunub.

E-huquq.az-ın məlumatına görə, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat verib.

O bildirib ki, o kadrların erməni KİV-də həvəslə tirajlanması isə xalqımıza qarşı illərlə davam edən erməni şovinizminin davamı idi:

“Məsələyə biganə qala bilməzdik və söz verdiyim kimi dərhal Rusiyada fəaliyyət göstərən əsl vətənpərvərlər, həmyerlilərimiz olan vəkil dostlarımız Suriyə Rzayeva və Nəriman Ağasıyeva müraciət etdim.

Əsl peşəkarlar olan, öz həyatlarıını risk altına atan dostlarımız tərəfindən dərhal bütün zəruri tədbirlər görüldü, təmənnasız qaydada hüquqi müstəvidə mübarizə aparıldı və ilk nəticə ilə sizləri sevindirmək istəyirəm:

Moskva Vilayəti Mıtişi şəhər dairəsi Administrasiyasında şöbə müdiri vəzifəsində çalışan erməni məmur Roman Radikoviç Şaqinyan məmura yaraşmayan qanunsuz hərəkətlərinə görə cəzalandı, işdən azad olundu.

Hal-hazırda qarşımızda duran vəzifə Şaqinyanın cinayət məsuliyyətinə cəlb olunması məsələsidir. Artıq bunun üçün də dəyərli vətənpərvər vəkillərimiz tərəfindən bütün zəruri müraciətlər edilib.

Çox xoşbəxtəm ki, hörmətli dostlarımızla birgə düşmanlarımıza qarşı hüquq müharibəsində kiçik də olsa qələbə əldə etmişik!

Oxşar xəbərlər