Vəkillər Kollegiyası Baş Prokurorluğun təqdimatını təmin etmədi


  • 26 Avqust 2020 10:15

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sonuncu iclasında intizam məsələlərinə də baxılıb.

E-huquq.az-ın məlumatına görə, iclasda Baş Prokurorluğun Zibeydə Sadıqova və Nemət Kərimovun Vəkillər Kollegiyasından xaric olunması barədə verdiyi təqdimat araşdırılıb.

Şikayət araşdırılan zaman barələrində şikayət olunan vəkillərdən heç birinin intizam pozuntusuna yol vermədiyi məlum olub. Buna görə də Rəyasət Heyəti təqdimatı qəbul etməyib və geri qaytarıb.

Eyni zamanda vəkil Bəhruz Bayramov barəsində daxil olan şikayətə də baxılıb, lakin təmin edilməyib.

İclasda digər vəkil Janna Bağırova barəsində daxil olan çoxsaylı şikayətlər də araşdırılıb.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti J. Bağırovanın vəkillikdən xaric ediliməsi haqqında qərar verib.

Qeyd edək ki, vəkillərin təmsil olunduğu qurumdan xaric edilməsi ilə bağlı sözügedən təqdimatlar sabiq Baş prokurorun dövründə verilmişdi.

Oxşar xəbərlər