"Bəzi vəkillər özlərindən “qurban və təqib, təhlükə altında fəaliyyət göstərən” obrazı yaradırlar"


  • 26 Avqust 2020 12:39

"Son iki il ərzində yalnız dövlət orqanlarından vəkillər barədə daxil olmuş 40-dan çox müraciət əsassız olduğu üçün Rəyasət Heyəti tərəfindən təmin olunmayıb".

E-huquq.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. O bildirib ki, Azərbaycanda vəkillərin normal fəaliyyət üçün bütün təminatlar mövcuddur.

"Biz işimizi vicdanla görürük, piar etmirik. Sadəcə olaraq, bəzi hallarda əsas olduğu üçün vəkillərin intizam məsuliyyətinə cəlb olunması barədə qərarlarımızla bağlı məlumatlar məqsədyönlü qaydada KİV-ə sızdırılır, VK barədə qara piar təşkil olunur. Bəzi vəkillər özlərindən “qurban və təqib, təhlükə altında fəaliyyət göstərən” obrazı yaradırlar. Bunun nəticəsində həmin vəkillər xarici təşkilatlardan və dövlətlərdən mənəvi və maddi dəstək, imtiyazlar almaq kimi əlavə imkanlar əldə edirlər, özlərini müəyyən dairələrdə “qəhrəman” qismində göstərirlər. Azərbaycanda vəkillərə qarşı bu gün heç bir təhlükə, təqib, təzyiq və təsir mövcud deyil, normal fəaliyyət üçün bütün təminatlar mövcuddur, Rəyasət Heyəti hər gün bunun monitorinqini aparır, işçi qaydada bütün problemlər dərhal həllini tapır və vəkillərimiz bunu yaxşı bilirlər. Bu cür oyunları, manipulyasiyanı gözəl anlayırıq, bilirik. Bilməyənləri, aldadılanları isə agah edirik", - deyə A.Bağırov qeyd edib.

Oxşar xəbərlər