Azərbaycanda vəkil intihar etdi


  • 27 Avqust 2020 16:39

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Namiq Həsənov intihar edib.

Kollegiyadan e-huquq.az-a verilən məlumata görə, 1966-cı il təvəllüdlü N Həsənov Binəqədi rayonu ərazisində özünü asaraq həyatına son qoyub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, N.Həsənovun anası bir müddət əvvəl dünyasını dəyişib. Bundan sonra onun səhhətində problem yaranıb.

Xatırladaq ki, N.Həsənov Bakı şəhəri 11 saylı Vəkil Bürosunda çalışırdı.

Oxşar xəbərlər