Vəkillərin nəzərinə!


  • 16 Sentyabr 2020 17:01

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsinin sədri, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli və Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri Zahid Oruc və Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov Vəkillər Kollegiyasının üzvləri ilə zoom konfrans keçirəcək.

E-huquq.az-ın məlumatına görə, konfransda hər iki komitənin səlahiyyətlərinə aid olan, həmçinin vəkil fəaliyyətini əhatə edən bütün məsələlərə toxunmaq və müzakirə etmək olar.

Ümumi müəyyən olunmuş gündəlik və mövzu istiqamətləri bunlardır:
Müzakirə mövzusu: Azərbaycanda vəkilliyin həyata keçirilməsinin qanunvericilikdən qaynaqlanan və digər sahəvi problemləri

Təklif olunan müzakirə istiqamətləri

- Müdafiə təsisatının fəaliyyətini təmin edən qanunvericiliklə bağlı problemlər (CM, CPM, MM,MPM, İPM, İXM, CİM, Vəkillər və vəkillik fəaliyyəti haqqında, Məhkəmələr və hakimlər haqqında, Mediasiya haqqında, İcra haqqında və s. qanunlar)

- Ödənişsiz hüquqi yardımın təşkilinin hüquqi aspektləri

- Vəkillərin vergi və sosial ödəmə öhdəlikləri.

Zoom Konfransın vaxtı: 21 sentyabr, saat 11.00-13.00 (zəruri halda artırılmaqla);

Vaxt: 2-3 saat;

Tədbirin təşkilatçısı: Milli Məclisin İnsan Hüquqları üzrə Komitəsi.

İştirak etmək istəyən vəkilllərdən xahiş edirik ki, bu elektron poçta (bayram.orujov@barassociation.az) aşağıda qeyd edilən məlumatları 5-ci gün saat 23.59-a qədər təqdim etsinlər:

1. Vəkilin tam adı;

2. E-mail ünvanı;

3. Mobil telefon nömrəsi.

Oxşar xəbərlər