Vəkillər Kollegiyasının sədri Anar Bağırov pedaqoji fəaliyyətə başladı


  • 17 Sentyabr 2020 20:51

Vəkillər Kollegiyasının sədri Anar Bağırov pedaqoji fəaliyyətə başlayıb.

E-huquq.az-ın xəbərinə görə, bu barədə A.Bağırov özü məlumat verib.

Belə ki, o, Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində vəkillik hüququ ilə bağlı fənn tədris edəcək.

"Əziz dostlar, bu gün mənim üçün çox özəl bir gün oldu. 23 illik uzun fasilədən sonra doğma Bakı Dövlət Universitetin Hüquq fakültəsinə yenidən qayıtdım, bu dəfə müəllim qismində.

Bu il 4-cü kurs tələbələrinə vəkillik hüququ üzrə dərs deyəcəm. Hüquq fakültəsinin hörmətli dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyevin bu fənn üzrə dərs demək təklifini məmnuniyyətlə qəbul etdim. Vaxtımın az olması, çox məşğul olduğum barədə belə düşünmədən razı oldum. Gələcək hüquqşünaslar arasında vəkillik peşəsinə marağın artırılmasını özüm üçün vəzifə, borc sayıram.

Hüquqşünas tələbələrin əksəriyyəti gələcək peşələri kimi vəkilliyi seçməlidir, bundan ötrü isə bu peşənin bütün üstünlüklərini və problemlərini onlara səmimi və doğru izah etmək çox vacibdir.

Bu fürsətə görə BDU-nun və doğma Hüquq fakültəsinin rəhbərliyinə öz minnətdarlığımı bildirirəm", - deyə Kollegiya sədri bildirib.

Qeyd edək ki, A.Bağırov 2006-cı ildə AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda aspirantura pilləsini bitirərək hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Oxşar xəbərlər