Şifahi müsahibə mərhələsindən müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin adları açıqlandı - SİYAHI
24 Sentyabr 2020 19:30
Paylaş:
Vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçmiş 109 vəkilliyə namizəd peşə yararlılığının yoxlanılması məqsədilə ixtisas imtahanlarının şifahi müsahibə mərhələsində iştirak edib.
Vəkillər Kollegiyasından e-huquq.az.-a verilən məlumata görə, imtahanın nəticəsinə görə, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini almış 93 nəfər vəkilliyə namizəd icbari təlimə buraxılmışdır. İcbari təlimdə namizədlərin vəkil peşəsinə hazırlanmaları təmin ediləcək, onlara vəkillik fəaliyyətinin səmərəli təşkili, vəkil etikası, insan haqları və digər aktual məsələlərə dair mövzular peşəkar ekspertlərin iştirakı ilə tədris olunacaqdır. Həmçinin, namizədlər müxtəlif aidiyyəti qurumlarda təcrübə də keçəcəklər.
Qeyd edək ki, İcbari təlimin vaxtı ilə bağlı əlavə məlumat veriləcəkdir.
Şifahi müsahibə mərhələsindən müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin SİYAHISI