Hərbi səfərbərliyə cəlb olunan vəkillər tərxis olunanadək ailələrinə hər ay 500 manat ödəniləcək


  • 5 Oktyabr 2020 14:07

Vəkillər Kollegiyası hərbi səfərbərliyə cəlb olunan vəkillər barədə yeni qərar qəbul edib.

Kollegiyadan e-huquq.az-a verilən məlumatda deyilir:

"Vəkillər Kollegiyası Rəyasət Heyətinin bu gün keçirilən iclasında son bir həftə ərzində cəbhə bölgəsində davam edən əməliyyatlar, ölkə ərazisində tətbiq edilmiş hərbi vəziyyət və qismən səfərbərlik məsələləri müzakirə olunub, Vəkillər Kollegiyasının bir sıra üzvlərinin hərbi səfərbərliyə cəlb edildiyi bildirilib.

İclasda hərbi səfərbərliyə cəlb olunan vəkillərimiz tərxis olunanadək, onların ailələrinə hər ay 500 manat ödənilməsi, həmin vəkillərimizin üzvlük haqqından azad edilməsi, səfərbərliyə cəlb olunmuş vəkillərin saxlama xərclərindən azad edilməsinin vəkil qurumlarına tövsiyə edilməsi, o cümlədən səfərbər olunan vəkillərin icraatında olan işlərin əvəzsiz qaydada digər vəkil həmkarlara həvalə edilməsinin vəkil qurumlarına tapşırılması barədə qərar qəbul edilib".

Oxşar xəbərlər