Məzmuna keç

Vəkillər Kollegiyası Silahlı Qüvvələrə Yardım Fonduna 150 min manat köçürdü

Azərbaycan Respublikası Vəkillər Kollegiyası işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna pul vəsaiti köçürüb.

E-huquq.az xəbər verir ki, bu barədə Kollegiyanın sədri Anar Bağırov məlumat verib.

O bildirib ki, Vəkillər Kollegiyası tərəfindən fonda 150 min manat məbləğində vəsait ianə edilib.