Türkiyə Vəkillər Birliyi Ermənistan təcavüzü ilə bağlı Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına müraciət etdi


  • 23 Oktyabr 2020 16:20

Türkiyə Vəkillər Birliyi Ermənistanın təcavüzkar siyasətinin qınanılması üçün Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına (CCBE) müraciət ünvanlayıb.

E-huquq.az-ın məlumatına görə, müraciətdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının Azərbaycan Respublikasının işğal olunmuş torpaqlarından Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə bağlı dörd qətnaməsinin Ermənistan tərəfindən indiyədək icra olunmadığı və işğalçı siyasətin davam etdirildiyi bildirilb. Erməni təcavüzünün və təxribatlarının dərhal dayandırılması üçün çağırış edilməsi tələb olunub.

Bildirilib ki, Ermənistan tərəfi iyul ayından etibarən yenidən təxribatlara əl atır: "Bu təxribatlara cavab olaraq, Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatlarının dayandırılması barədə çağırışlar Ermənistanı daha da cəsarətləndirir. Beynəlxalq təşkilatların düzgün araşdırma aparmalı və cinayətkara xəbərdarlıq etməlidir".

Müraciətdə türkiyəli vəkillərin hər zaman azərbaycanlı həmkarları ilə həmrəy olduqları vurğulanıb və Ermənistan Vəkillər Palatasınının azərbaycanlı və türkiyəli vəkillərin şiddətlə qınanılması barədə 13 oktyabr tarixli müraciətinin əsassız olduğu qeyd edilib.

Oxşar xəbərlər