Pakistanlı vəkillərdən ölkəmizə DƏSTƏK


  • 30 Oktyabr 12:12

Pakistanın Pəncab Vəkillər Kollegiyasının beynəlxalq əlaqəlar üzrə ofisinin rəhbəri vəkil Sahil Səcidin rəhbərliyi ilə Pakistan Vəkillər Şurasının, Pakistan Ali Məhkəmə Vəkillər Kollegiyasının, İslamabad Yüksək Məhkəmə Vəkillər Kollegiyasının, Lahor Yüksək Məhkəmə Vəkillər Kollegiyasının nümayəndələri Azərbaycan Respublikasının Pakistandakı Səfirliyində ölkəmizin Pakistandakı səfiri səfir Əli Əlizadə ilə görüşüblər.

E-huquq.az-ın məlumatına görə, görüşdə iştirak etmiş vəkillər kollegiyalarının nümayəndələrinə sentyabr ayının 27-də Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının mülki əhalisinə qarşı törədilən cinayətlər barədə ətraflı məlumat verilmiş, Ermənistanın mülki insanları qətlə yetirməsi, törətdikləri müharibə cinayətləri və vəhşilikləri pakistanlı vəkillər tərəfindən pislənib. Həmçinin görüşdə pakistanlı vəkillər Qarabağda ölkəmiz tərəfdən döyüşdə iştirak etməyə hazır olduqlarını ifadə ediblər.

Görüş zamanı Azərbaycan Respublikasının Pakistandakı Səfiri cənab Əli Əlizadə nümayəndə heyətini Azərbaycana səfər etməyi və Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə əməkdaşlıq barədə memorandum imzalamağı təklif edib.

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası pakistanlı həmkarlarının bu təşəbbüsünü alqışlayır, onlara ölkəmizin haqq işində və bu çətin zamanda göstərdikləri dəstək və həmrəyliyə görə dərin minnətdarlığını bildirir. Eyni zamanda Azərbaycan Respublikası Vəkillər Kollegiyası pakistanlı həmkarlarını tezliklə Bakıda görməkdən və əməkdaşlıq memorandumu imzalamaqdan məmnunluq duyacağını bildirir.






Oxşar xəbərlər