Qarabağ Regional Vəkil Bürosu təsis edilir


  • 8 Noyabr 2020 17:45

"Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclasının gündəliyində ilk baxılacaq məsələ hüquqi ünvanı Şuşa şəhərində olmaqla, Qarabağ Regional Vəkil Bürosunun təsis edilməsidir".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.

Sədr qeyd edib ki, həmin büroda fəaliyyət göstərmək istəyən vəkillər Rəyasət Heyətinə müraciət etsinlər, təsisçilərin sayı 5 nəfər olacaq, üstünlük Qarabağ doğumlu və yaşayış
yeri üzrə qeydiyyatda olan vəkillərə veriləcəkdir: "Büronun ilk təsisçisi və rəhbəri artıq məlumdur. Şuşa doğumlu və bu günədək Şuşa şəhəri, Xan Şuşinski küçəsi ünvanda qeydiyyatda olan VKRH sədrinin müavini, vəkil Parviz Alakbarovdur".

Oxşar xəbərlər