Vəkillər Kollegiyası Prezident İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayacaq


  • 25 Noyabr 2020 18:53

Vəkillər Kollegiyası Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayacaq.

E-huquq.az-ın məlumatına görə, bu barədə qərar Vəkillər Kollegiyasının Rəyasət Heyətinin bu gün keçirilən iclasında verilib.

Bildirilib ki, əzmkar iradəsi, qətiyyətli mövqeyi və düzgün siyasəti nəticəsində əldə olunmuş böyük tarixi nailiyyət və şanlı qələbə münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlıq məktubu ünvanlanacaq: "Həmçinin, bu böyük zəfər sevincini bizə yaşatdığın görə rəşadətli Ordumuza minnətdarlığımızı bildirir, vətən yolundan canından keçmiş şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralanmış həmvətənlərimizə tezliklə şəfa diləyirik. Yırtıcı düşmənin işğal altında olmuş ərazilərimizdə törətdiyi qanunsuzluqlar, vandalizim hərəkətləri, mülki əhalimizə qarşı amansız qəsdlər hər birimizin diqqətindədir. Ölkəmizin haqq səsini dünyaya çatdırmaqda, beynəlxalq hüquq normaları ilə qorunan hüquqlarımızı vəhşicəsinə pozan düşmənə hər an layiqli cavab verməkdə əlimizdən gələni əsirgəməyəcəyik".

Oxşar xəbərlər