Vəkillər Prezidentə yazırlar: "Siz milli birliyimizin rəmzinə çevrildiniz"


  • 29 Noyabr 2020 18:20

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti və vəkillər adından Kollegiyanın sədri Anar Bağırov Ali Baş Komandan, Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

E-huquq.az-ın məlumatına görə, məktubda deyilir.

"Möhtərəm cənab Prezident, müzəffər Ali Baş Komandan.

Sizin əzmkar iradəniz, qətiyyətli mövqeyiniz və düzgün siyasətiniz nəticəsində ölkəmiz ən böyük tarixi nailiyyətinə qovuşdu. Bu tarixi nailiyyət - məhz Sizin Ali Baş Komandanlığınızla xalqımızın uzun sürən intizarına son verən şanlı Qələbəmizdir.

Müdrikliyiniz və şəffaf idarəçiliyiniz xalqımızı dəmir yumruq kimi ətrafınızda birləşdirdi və Siz milli birliyimizin rəmzinə çevrildiniz!

Siz 44 günlük Vətən Müharibəsi dövrünün hər bir dəqiqəsinə həssas yanaşmaqla, müharibənin bütün gedişini tam nəzarətdə saxlamaqla bərabər, Azərbaycanın haqq səsini dünyaya çatdıraraq ölkəmizin regionda əhəmiyyətli mövqeyə və güclü Orduya malik olduğunu bütün dünyaya nümayiş etdirdiniz.

Biz xoşbəxt nəsilik ki, Sizin rəhbərliyinizlə ölkəmizin ən şanlı və parlaq səhifəsinin canlı şahidləriyik.

Böyük Zəfər sevincini bizə yaşatdığınıza görə Ali Baş Komandanımız olaraq Sizə və rəşadətli Ordumuza minnətdarlığımızı bildirir, Vətən yolunda canından keçmiş şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralanmış həmvətənlərimizə tezliklə şəfa diləyirik.

Yırtıcı düşmənin işğal altında olmuş ərazilərimizdə törətdiyi qanunsuzluqlar, vandalizm hərəkətləri, mülki əhalimizə qarşı amansız qəsdlər hər birimizin diqqətindədir. Ölkəmizin haqq səsini dünyaya çatdırmaqda, beynəlxalq hüquq normaları ilə qorunan hüquqlarımızı vəhşicəsinə pozan düşmənə hər an layiqli cavab verməkdə əlimizdən gələni əsirgəməyəcəyik.

Bir daha şanlı Qələbəmiz münasibəti ilə Zati-alinizi təbrik edir, Sizə cansağlığı, yorulmaz fəaliyyətinizdə hər zaman uğurlar arzulayırıq".

Oxşar xəbərlər