Azərbaycanda hüquqşünas məzunların sayı digər ölkələrdən 10 dəfə azdır


  • 13 Yanvar 2021 19:23

Azərbaycanda hüquqşünas məzunların sayı digər ölkələrdən təqribən 10 dəfə azdır. Bu da vəkillərin sayına birbaşa təsir edir.

E-huquq.az-ın məlumatına görə, bu barədə Vəkillər Kollegiyası tərəfindən hazırlanmış hesabatda qeyd olunub.

Bildirilib ki, 2004-2018-ci aralığında (14 il ərzində) vəkillərin sayı 600 nəfər artaraq 931 nəfər olmuşdur, lakin 2018-2020-ci il aralığında (3 il ərzində) isə vəkillərin sayı 913 nəfər artaraq 1844 olmuşdur. Belə ki, gənc vəkillərin sayı artaraq vəkillik xeyli cavanlaşmışdır.

Eyni qaydada, həm xanım vəkillərin sayı, həm də regionlardakı vəkillərin sayı da dəfələrlə artmışdır. Bundan başqa, 3 il əvvəl vəkil qurumlarının sayı 39 olsa da, hazırda bu rəqəm artaraq 100 olmuş və onların bir çoxu da yenilənmiş, əsaslı şəkildə təmir edilmişdir.

Oxşar xəbərlər