Anar Bağırov “Koronavirus pandemiyası zamanı vəkillik üçün çətinliklər və imkanlar” mövzusunda dəyirmi masada iştirak edib


  • 14 Yanvar 2021 16:45

Yanvarın 12-də Hong Kong Hüquq Cəmiyyəti və Hong Kong Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Koronavirus pandemiyası zamanı vəkillik üçün çətinliklər və imkanlar” mövzusunda Prezidentlərin Dəyirmi Masası baş tutub.

E-huquq.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov da Prezidentlərin Dəyirmi Masasında iştirak edib.

Tədbiri giriş sözü ilə açan Hong Kong Hüquq Cəmiyyətinin prezidenti xanım Melissa Pang tədbir iştirakçılarını salamlayıb, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra məruzəçilər mövzu ətrafında öz çıxışlarını edib. Tədbirdə məruzəçi qismində Cənab Zhengfu ZHU - Bütün Çin Hüquqşünaslar Birliyinin vitse-prezidenti, Dr. Jacoba Brasch QC-Avstraliya Hüquq Şurasının prezidenti, cənab Jorge Martı Moreno-Union Internationale des Avocats, Xanım Patricia Lee Refo- Amerika Vəkillər Kollegiyasının prezidenti, İngiltərə və Uels Vəkillər Kollegiyasının Prezidenti cənab David Green, LAWASIA prezidenti cənab Chunghwan Choi, Avropa Hüquqşünaslar Birliyinin prezidenti xanım Maria Slazak çıxış edib.

Məruzələrdən sonra ümumi müzakirələr keçirilib və daha sonra tədbirə yekun vurulub.

Oxşar xəbərlər