Tanınmış vəkil Mehmet Gündən vəkillərə MARAQLI TÖVSİYƏ


  • 21 Yanvar 2021 21:37

Tanınmış türk vəkil Mehmet Gün gənc vəkillərə maraqlı tövsiyələr verib.

E-huquq.az həmin fikirləri təqdim edir:

1. Hər biri vəkilin mütləq prinsipləri olmalıdır. Yalnız pula üçün, qazanc əldə etmək üçün çalışmamalıdır. Çünki o zaman hər "işin qulpundan yapışacaq" və uğursuzluğa düçar olması qaçılmaz olacaq.

2. Doğrunu, həqiqəti görüb onu deməyə cəsarəti olmalıdır. Əgər bu cəsarəti özündə tapmasa, hər hansı işə çıxması məsləhət deyil.

3. Doğruları, həqiqəti görməyi öyrənsin. Bunu necə etmək olar: əvvəla, ağlı ilə hisslərini bir-birindən ayırmağı öyrənməlidir. Bunun üçün kamal tələb olunur ki, bu da normalda 30 yaşların ortalarında (bəlli iş və həyat təcrübəsi qazanandan sonra) əldə edilə bilir.

4. Kimsəyə ilk baxışdan təqsirkar deməsin, ittiham etməsin! "Qatilin", "narkomanın" işinə baxmaram deyən anda vəkil həmin şəxsi ittiham etmiş olardı. Vəkilin əsas işi kimisə təqsirsiz çıxarmaq deyil, sadəcə ədalətli araşdırmanın aparılmasına yardım etmək, töhfə verməkdir.

5. Ən yaxşı şəkildə xidmət göstərməli/xidməti satmalıdır. Xidməti ən yaxşı şəkildə necə satmaq olar: müştərinin ehtiyacını bilməklə, müştəriyə əslində nə lazım olduğunu müəyyən etməklə. Əgər məhkəmə zəruri deyilsə, işi məhkəməyə daşımasın, inzibati və ya digər üsulla həll etsin.

6. Müştərini yaxşı tanısın. Çünki bununla vəkillər öz çevrəsini (müştəri dairəsini) zamanla özü yaradır.

7. Özünü daim inkişaf etdirsin. Çünki vəkillikdə çatılacaq son bir sərhəd yoxdur. Vəkil işindən dolayı gah böyük holdinq rəhbərinin yanında, gah fermerin yanında, gah da siyasi xadimin yanında ola bilər. Vəkil özünüinkişaf üçün mütləq ən azı 1 mükəmməl xarici dilə yiyələnməli, diksiya (natiqlik) vərdişlərini peşəkarlardan öyrənməli, habelə bəzi texniki bacarıqları (məsələn kompüterdə sürətli yazı) inkişaf etdirməlidir (Amerika vəkillərinin dəqiqədə rahat şəkildə 40 söz yazmağı da qeyd edilir).

Anar Namazov

Vəkil

Oxşar xəbərlər