Daha bir məhkəmədə vəkillər üçün telefon qadağası ləğv olundu


  • 11 Fevral 2021 12:41

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində vəkillərdən telefonların alınması ilə bağlı problem aradan qaldırılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sərdi Anar Bağırov məlumat verib.

"Uzun müddət ərzində Nəsimi Rayon Məhkəməsində vəkillərdən telefonlarının alınması problemi nəhayət ki, bu gündən etibarən öz qanuni və ədalətli həllini tapdı. Apardığımız danışıqlar, müzakirələr müsbət nəticələndi. Məlum olduğu kimi, bundan öncə Bakı Kommersiya Məhkəməsinin yeni sədri də telefon qadağasını ləğv etmişdi. Bu məsələdə bizə dəstək verən hər kəsə təşəkkür edirəm", - deyə o bildirib.

Kollegiya sədri vəkillərdən məhkəmə prosesi zamanı telefondan istifadə etməməyi və elektron cihazları söndürməyi xahiş edib.

Oxşar xəbərlər