Məhkəmə vəkil Şəhla Hümbətovanın fəaliyyətinə xitam verdi


  • 5 Mart 2021 13:30

Bakı İnzibati Məhkəməsində vəkil Şəhla Hümbətovanın fəaliyyətinə xitam verilməsi ilə bağlı verilən iddia ərizəsinə baxılıb.

E-huquq.az xəbər verir ki, məhkəmə Vəkillər Kollegiyasının iddiasını təmin edib.

Qeyd edək ki, 2019-cu il noyabrın 27-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən Vəkillər Kollegiyasının üzvü Şəhla Hümbətovanın vəkillik fəaliyyətinin dayandırılması və onun Kollegiya üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul olunub.

Vəkillər Kollegiyasının yaydığı məlumatda bildirilib ki, qərarın qəbul edilməsinə səbəb vəkil Şəhla Hümbətovanın məhkəməyə saxta sübut təqdim etməsi, ictimai iaşə müəssisələrində ərizəçidən pul məbləğlərini alması, məhkəmə iclasında üzürsüz səbəbdən iştirak etməməsi və Vəkillər Kollegiyasına ödənilməli olan üzvlük haqqını 6 aydan artıq müddətdə ödəməməsidir.

Oxşar xəbərlər