Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirildi


  • 10 Mart 2021 19:01

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

E-huquq.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq onlayn şəkildə keçirilən iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Kollegiyanın cari fəaliyyəti barədə ümumi məlumat verib.

Rəyasət Heyətinin iclasında vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş vəkilliyə namizədlərin onlayn andiçmə mərasimi keçirilib, 2 nəfər yeni üzv vəkilliyə qəbul olunub.

İclasda həmçinin tövsiyyə xarakteri daşıyan Vəkil İcraatı (Dosyesi) Qaydaları ilə bağlı məsələyə baxılıb və qaydalar qəbul olunub.

Daha sonra vəkillərin başqa vəkil qurumuna keçmək, üzvlük haqqından azad olunma ilə bağlı məsələlərə baxılıb və müsbət qərar verilib.

Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb və müvafiq qərarlar qəbul olunub.

Oxşar xəbərlər