Tanınmış vəkil koronavirus xəstələrinin müalicəsi üçün yaradılmış şəraitə görə Prezident və Birinci vitse-prezidentə təşəkkür etdi


  • 11 Mart 2021 19:30

"Dövlətimizin qayğısı nəticəsində Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanada çox yüksək tibbi xidmətlə təmin olunmuşam, ən yüksək keyfiyyətli - dəyəri beş min manat və digər bahalı tibb dərmanları ilə təhciz edilirəm. Bu xəstəxanada hamıya qayğı eynidir".

E-huquq.az xəbər verir ki, bu barədə koronavirusa yoluxan vəkil Muxtar Mustafayev yazıb.

O bildirib ki, xəstəxanada müalicə üçün hər cür şərait yaradılıb.

"Evdən heç bir dərman və başqa tibbi ləvazimat gətirilməsinə belə icazə verilmir. Deyirlər ki, tam təminatımız var. Bu təşkilatçılığa görə Prezidentimizə, xüsusilə həkim olan Birinci vitse-prezidentimizə minnətdaram. Bu, dövlətimizin gücünün nümunəsidir. Bir daha məndən çox narahat olmamağınızı xahiş edirəm. Hamınıza can sağlığı arzulayıram, hamıya maska rejiminə riayət etməyi, peyvənd vurdurmağı məsləhət görürəm. Uca Tanrı hamımıza kömək olsun, tezliklə görüşənədək", - deyə M. Mustafayev qeyd edib.

Oxşar xəbərlər