Şahmar Məmmədov: "Sevil Hacıyevanın Vəkillər Kollegiyasından xaric edilməsi üçün məhkəməyə müraciət edilib"


  • 12 Aprel 2021 13:40

Vəkillər Kollegiyasının üzvü Sevil Hacıyevanın vəkillik fəaliyyəti dayandırılıb.

Bunu e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasının İntizam Komissiyasının sədri Şahmar Məmmədov deyib.

O, Sevil Hacıyevanın kollegiyadan xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edildiyini bildirib.

“Vəkillər Kollegiyası hər hansı vəkil barəsində aparılan intizam araşdırması ilə bağlı məlumat vermək marağında deyil. Hesab edirik ki, bu, konfidensial xarakter daşımalıdır. Amma Sevil Hacıyeva ilə bağlı məsələnin ictimailəşdiyini nəzərə alaraq, bildirmək istərdim ki, İntizam komissiyası tərəfindən aparılmış araşdırmalar nəticəsində onun hərəkətlərində pozuntu müəyyən olunmuşdur. Buna görə də Rəyasət Heyətinin qərarı ilə vəkil Sevil Hacıyevanın fəaliyyətinin dayandırılması və kollegiyadan xaric edilməsi barədə məhkəməyə müraciət edilmişdir. Hazırda məhkəmə tərəfindən xaricolunma ilə bağlı işə baxılır”, - deyə Ş.Məmmədov qeyd edib.

Qeyd edək ki, KİV-də vəkil S.Hacıyevanın vətəndaşlara qarşı dələduzluq etməsi barədə məlumatlar yayılıb. İddia olunur ki, o vətəndaşın külli miqdarda vəsaiti mənimsəyib. Qeyd olunan faktlarla bağlı Vəkillər Kollegiyasına müraciət olunub.

Vəkil pulun qaytarılmasına təminat vermir | kanal24.az

Oxşar xəbərlər