İradə Cavadova və bir neçə başqa vəkilin fəaliyyətinə icazə verildi - YENİLƏNİB


  • 5 May 2021 18:16

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

E-huquq.az-ın məlumatına görə, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Kollegiyanın cari fəaliyyəti barədə məlumat vermiş, vəkillərin fəaliyyətinin yaxşılaşdırılması məqsədilə vəkil qurumlarının maddi-texniki bazasının gücləndirilməsi, tikinti-təmir işlərinin aparılması ilə əlaqəli görülən işlər barədə məlumat vermiş, bəzi məsələlər müzakirə edilib.

Rəyasət Heyətinin iclasında vəkillərin başqa vəkil qurumuna keçmək, üzvlük haqqından azad edilmə ilə bağlı məsələlərə baxılmış və müsbət qərar verilib

O cümlədən, iclasda “COVID-19” virusuna yoluxmuş, xəstəlikdən əziyyət çəkən və Kollegiyaya müraciət etmiş vəkillərin müraciətlərinə baxılıb, onlara pul formasında maddi dəstəyin verilməsi barədə müvafiq qərarlar qəbul olunub.

İclasda həmçinin Ramazan bayramı ərəfəsində humanizm prinsipi rəhbər tutularaq İradə Cavadova, Şəhla Hümbətova və Türkel Süleymanlının vəkillik fəaliyyəti dayandırılaraq vəkillər kollegiyasının üzvlüyündən xaric olunma barədə məhkəməyə edilmiş iddialardan imtina edilərək fəaliyyətlərinin bərpa olunmaları ilə bağlı qərar qəbul edilib.

Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib. Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.

*** 17:50

Bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, Kollegiya Ramazan bayramı ərəfəsində humanizm nümayiş etdirərək, əvvəllər Rəyasət Heyətinin qəbul etdiyi qərarla bir neçə vəkilin fəaliyyətinə xitam verilməsi ilə bağlı məhkəmədə qaldırılan iddialardan imtina edib. Həmin şəxslər arasında İradə Cavadova, Şəhla Hümbətova və bir neçə başqa vəkil var.

Həmin vəkillərin fəaliyyətinə sabahdan etibarən icazə veriləcək.

Xəyalə Bünyatova

Oxşar xəbərlər