Cəzaçəkmə müəssisəsində məhkumlara vəkillər tərəfindən pulsuz hüquqi yardım göstərilib


  • 8 May 2021 14:40

Vəkillər Kollegiyasının bir qrup vəkili Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində olublar.

E-huquq.az-ın məlumatına görə, vəkillər cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum qadınlarla görüşüb, onlara ödənişsiz hüquqi yardım göstərilib. Görüş zamanı məhkum qadınları maraqlandıran suallar cavablandırılıb, mülki və cinayət qaninvericiliyinin müddəaları izah edilib, yazılı və şifahi məsləhətlər verilib.






Oxşar xəbərlər