Vəkil köməkçiləri üçün ilk dəfə keçirilmiş təlimin sertifikatları təqdim olundu - FOTO


  • 25 May 2021 22:03

Bu gün Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin təşkilatçılığı ilə vəkil köməkçiləri üçün ilk dəfə 30.11.2020-04.12.2020 tarixində keçirilmiş təlimin iştirakçılarına sertifikatların təqdim olunması mərasimi keçirilib.

Vəkillər Kollegiyasından e-huquq.az-a verilən məlumata görə, tədbirdə Mərkəzin direktoru Şahmar Məmmədov çıxış edərək təlimdə iştirak edən şəxslərin dairəsi, təlimin mövzusu və təlimçilər barədə məlumat verib.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək vəkil köməkçilərinin vəkillik fəaliyyətində rolundan, əhəmiyyətindən danışmış, ilk dəfə olaraq keçirilmiş bu təlimin vəkil köməkçilərinin təcrübi biliyə yiyələnməsində faydalı olacağını vurğulayıb.

Tədbirin sonunda Anar Bağırov tərəfindən sertifikatlar təqdim edilib, vəkil köməkçilərinin fikir və təklifləri dinlənilib.

Qeyd etmək lazımdır ki, vəkil köməkçiləri üçün təşkil edilən təlimlərdə təlimçi qismində vəkillər Gülşən Salmanova, Natəva Rüstəmova, Sevinc Əliyeva, Xəyal Bəşirov, Ayxan Rüstəmzadə, Altay Mustafayev və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Elektron məhkəmə" informasiya sistemi üzrə İşçi Qrupunun üzvü Xəyyam Bayramov iştirak ediblər.

Tədbirdə Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Gülşən Salmanova, təlimin koordinatoru Günay Sultanova iştirak edib.













Oxşar xəbərlər