Vəkillər Kollegiyası beynəlxalq təşkilatlara müraciət etdi


  • 6 İyun 2021 22:30

Məlum olduğu kimi, sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının mülki əhalisinə qarşı törədilən təxribatlara cavab olaraq başlamış Vətən Müharibəsi 10.11.2020-ci il tarixində 3 tərəfli bəyanatın imzalanması və Azərbaycan Ordusunun parlaq qələbəsi ilə sona çatıb.

Həmin Bəyanat imzalanandan sonra, dəfələrlə etdilən müraciətlərə, beynəlxalq ictimaiyyətin çağırışlarına baxmayaraq, Ermənistan tərəfi qeyri-insani davranmaqla və beynəlxalq normaları kobud şəkildə pozmaqla işğaldan azad edilmiş ərazilərimizdə uzun illər ərzində bastırdığı minaların xəritələrini qəsdən verməkdən yayınır. O cümlədən, bölgədəki sülh, təhlükəsizlik və əmin-amanlığın bərqərar olmasına mane olmağa davam edərək regional vəziyyəti gərginləşdirir. İyun ayının 4-də Kəlbəcər rayonu ərazisində Ermənistan tərəfindən basdırılmış minaların partlaması nəticəsində 2 jurnalist olmaqla 3 Azərbaycan vətəndaşı həlak olmuş, 4 nəfər isə ağır yaralanıb

E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası bununla bağlı beynəlxalq hüquq-müdafiə təşkilatları, xarici ölkələrin vəkillər kollegiyaları və hüquq cəmiyyətləri daxil olmaqla, ümumilikdə 230 beynəlxalq təşkilata 3 dildə rəsmi müraciət ünvanlanlayıb.

Kollegiya bu müraciətlə həmin təşkilatları baş verən insan hüquqları pozuntusuna etinasız qalmamağa, səlahiyyətlərindən irəli gələn vəzifələrə məsuliyyətlə yanaşmağa, o cümlədən Ermənistan siyasi-hərbi rəhbərliyini cinayət əməllərindən çəkindirməyə, Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməklə bağlı öhdəliklərinə və beynəlxalq humanitar hüququn normalarına əməl etmələri üçün tədbirlər görmələrinə çağırır.

Qeyd olunan müraciət 3 dildə ictimaiyyətin diqqətinə təqdim edilirik:

Azərbaycan dilində
İngilis dilində
Rus dilində

Oxşar xəbərlər