"AİHM-in rolu və müraciətlərin qəbuledilənlik meyarlar - nəzəriyyə və təcrübə" mövzusunda vebinar keçiriləcək


  • 18 İyun 2021 18:14

Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə 29.06.2021-ci il tarixdə, saat 10:00-13:00 aralığında "Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) rolu və müraciətlərin qəbuledilənlik meyarlar - nəzəriyyə və təcrübə" başlığı altında vebinar keçiriləcək.

E-huquq.az xəbər verir ki, tədbirin açılışı Vəkillər Kollegiyasının sədri Anar Bağırov və CCBE-nin prezidenti xanım Marqaret von Qalen tərəfindən birgə şəkildə ediləcəkdir.

Əlavə olaraq, CCBE-in PECO komitəsinin rəhbəri Roman Završek “İnsan hüquqlarının qorunmasında AİHM-in rolu, subsidiarlıq prinsipi, AİHM-in strukturu və prosedur”, o cümlədən CCBE-in İnsan Hüquqları Komitəsinin sədri Stefan von Raumer isə “AİHM müraciətlərinin qəbuledilənlik meyarları və rəsmi tələbləri” mövzularında təqdimatla çıxış edəcəklər.

Tədbirin sonunda sual-cavab sessiyası təşkil ediləcək və Vebinar Vəkillər Kollegiyası sədrinin müşaviri Fərhad Nəcəfov tərəfindən moderasiya olunacaqdır.

Tədbirin əsas hissəsi İngilis dilində olduğundan sinxron tərcümə təmin ediləcəkdir.

Vebinar Zoom platforması üzərindən keçiriləcək və Vəkillər Kollegiyasının rəsmi Facebook və Youtube səhifələrində birbaşa yayımlanacaqdır.

Tədbir ictimaiyyətə açıq olacaq. İştirak etmək istəyən şəxslər aşağıda tədbirin gündəliyi və qoşulmaq üçün Zoom hesabı ilə tanış ola bilərlər.

Zoom keçid:
https://us02web.zoom.us/j/85676485979?pwd=Vlg1MmxwQXVnclpKanhkdjRuU0k3QT09
İclasın identifikasiya nömrəsi: 856 7648 5979
Şifrə: 2017

Oxşar xəbərlər