Məzmuna keç

Hakimlərin və vəkillərin nəzərinə! –

Ali Məhkəmə və Vəkillər Kollegiyası tərəfindən birgə təşkil olunan inzibati məhkəmə icraatının aktual problemlərinə həsr olunmuş “Məhkəmənin yardımetmə vəzifəsi və proses iştirakçılarının dinlənilmə hüququ” adlı növbəti onlayn müzakirə 09 iyul 2021-ci il tarixində saat 15.00-da Zoom platforması vasitəsi ilə keçiriləcək.

E-huquq.az xəbər verir ki, müzakirə məhkəmənin yardımetmə vəzifəsinin məzmunu, həyata keçirilmə formaları və hədləri, dinləmə hüququnun mahiyyəti və təmin edilmə üsulları, yazılı icraatda dinlənilmə hüququ və s. məsələləri əhatə edəcəkdir.

Tədbirdə iştirak etmək istəyən hakimlər və vəkillərdən xahiş olunur ki, 08.07.2021-ci il tarixədək müvafiq olaraq Ali Məhkəmə və Vəkillər Kollegiyası ilə əlaqə saxlasınlar.

Ali Məhkəmə üzrə əlaqələndirici: Ləman Qafarzadə (mobil: 077-744-88-44; e-mail: [email protected])

Vəkillər Kollegiyası üzrə əlaqələndirici: Gülşən Salmanova (mobil: 050-211-27-43; e-mail: [email protected])