Vəkillər üçün “Vəkilin cinayət işində müdafiə fəliyyəti” metodik tövsiyə hazırlandı


  • 13 İyul 2021 19:56

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilmişdir.

E-huquq.az-ın məlumatına görə, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Kollegiyanın cari fəaliyyəti barədə ümumi məlumat vermişdir.

Daha sonra Rəyasət Heyətinin iclasında vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş namizədlərin onlayn andiçmə mərasimi keçirilmiş və 6 nəfər yeni üzv qəbul olunmuşdur.

İclasda həmçinin cinayət işləri üzrə hüquqi yardım göstərilməsi məqsədilə hazırlanmış “Vəkilin cinayət işində müdafiə fəliyyəti” metodik tövsiyə müzakirə olunmuş və vəkillərin istifadəsinə tövsiyə edilmişdir.

Eyni zamanda iclasda Rəyasət Heyəti üzvlərinin “YAŞAT” Fonduna vəsait köçürməsi barədə qərar qəbul edilmişdir.

Bundan başqa vəkillərin başqa vəkil qurumuna keçmək, dövlət qulluqlarına xitam verilməsi ilə əlaqədar bəzi vəkillərin fəaliyyətlərinin bərpa edilməsi, üzvlük haqqından azad olunma, yeni vəkil bürolarının təsis olunması ilə bağlı məsələlərə baxılmış və müsbət qərar verilmişdir.

Həmçinin iclasda bir sıra intizam məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilmişdir. Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.

Oxşar xəbərlər