BMqT-nin Azərbaycandakı Nümayəndəliyindən vəkillərə - ÇAĞIRIŞ


  • 14 İyul 2021 21:01

BMqT-nin Azərbaycandakı Nümayəndəliyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə sıx əməkdaşlıq şəraitində vəkillər üçün hazırlanmış Peşəkar Təlimdə iştiraka çağırır.

4 (dörd) günlük təlim insan alveri, məcburi əməyin qurbanları, həmçinin insan alveri və istismar riski altında olan insanlara və insan alverinin potensial qurbanlarına yardım mövzularını əhatə edir.

Təlim beynəlxalq hüquqşünas, xanım İzabela Silviya Hartmann tərəfindən hazırlanıb. O hüquq sahəsində geniş biliyə və müvafiq mövzuda vəkillərin təlimi üzrə çoxillik təcrübəyə malikdir. Təlimdə həmçinin yerli ekspertlər, xanım Gülşən Salmanova və Ruslan Vəliyev müvafiq sessiya ilə çıxış edəcəkdir.

Təlim 7-10 Sentyabr 2021-ci il tarixlərində Bakıda təşkil olunacaq. Təlimi bitirən vəkillər BMqT-nin Azərbaycandakı Nümayəndəliyi və Vəkillər Kollegiyası tərəfindən sertifikatla təltif olunacaqlar.

Müvafiq mövzu ilə maraqlanan və oxşar sahədə təcrübəyə və təməl biliklərə malik olan vəkilləri 8 avqust 2021-ci il tarixinədək müraciət formasınıdolduraraq və CV-ni əlavə edərək bakuhr@iom.intünvanına göndərməklə təlimdə iştirak üçün müraciət etməyə dəvət edirik. Seçim müraciət forması əsasında aparılacaq və təlimə qəbul olunmuş iştirakçılar 31 avqust 2021-ci ilədək elektron poçtla məlumatlandırılacaqlar.

Müraciət formasını BURADAN yükləyə bilərsiniz.

Oxşar xəbərlər