"Hər bir vətəndaşın peşəkar hüquqi yardıma çatımlılığı tam təmin olunacaq"


  • 16 İyul 2021 19:31

"Möhtərəm cənab Prezident İlham Əliyev öz fərmanında birinci və apellyasiya instansiya məhkəmələrində aztəminatlı şəxslərə
dövlət hesabına peşəkar hüquqi yardımın göstərilməsi probleminin həlli üzrə tapşırıq verdi. Beləliklə, növbəti dəfə dövlət başçısının iradəsi ilə qaldırdığımız çox ciddi problem tezliklə öz ədalətli həllini tapacaqdır. Sağ olun, cənab Prezident!".

Bunu e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov Prezident İlham Əliyevin bu gün imzaladığı Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun tətbiqi” barədə fərmana münasibət bildirərkən deyib.

Sədr fərmanı alqışlayır və hesab edir ki, bunun nəticəsində maddi durumundan asılı olmayaraq hər bir vətəndaşın peşəkar hüquqi yardıma çatımlılığı tam təmin olunacaq.

"Bu qərar cəmiyyətdə sosial gərginliyi xeyli azaldacaq, aztəminatlı şəxslər öz problemlərini sivil qaydada məhkəmələrə müraciət etməklə vəkillərin yardımı ilə həll etmək imkanını əldə edəcəklər", - deyə A. Bağırov qeyd edib.

Oxşar xəbərlər