Şəki Regional Vəkil Bürosunun təsisçilərinin növbəti iclası keçirilib.
E-huquq.az xəbər verir ki, iclasda büronun fəaliyyəti ilə bağlı bir sıra problemlərin həlli, həmçinin təmir abadlıq işlərinin görülməsi barədə məsələlər müzakirə edilib.
Müzakirə zamanı şəhid ailələrinə, müharibə veteranlarına, qazilərə və 1-ci qrup əlillərə ödənişsiz hüquqi yardım göstərilməsi barədə məsələ öz müsbət həllini tapıb. Bununla bağlı vətəndaşlara yaxın zamanda daha ətraflı məlumat veriləcək.
