Məzmuna keç

Qadın məhkumlara pulsuz hüquqi yardım göstəriləcək

Avqustun 20-də cəzaçəkmə müəssisəsindəki qadınlara pulsuz hüquqi yardım göstəriləcək.

E-huquq.az xəbər verir ki, Vəkillər Kollegiyasının və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Penitensiar Xidmətin 4 saylı qadın cəzaçəkmə müəssisəsində növbəti ödənişsiz hüquqi yardım aksiyası keçiriləcəkdir.

Aksiyada iştirak etmək istəyən vəkillərdən 17.08.2021-ci il tarixinə kimi 0502112743 (Gülşən Salmanova) nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.