Vəkillər üçün yeni metodik vəsait çap ediləcək


  • 2 Sentyabr 2021 15:07

Sentyabrın 1-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

E-huquq.az xəbər verir ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Kollegiyanın cari fəaliyyəti barədə ümumi məlumat verib.

Sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş vəkilliyə namizədlərin onlayn andiçmə mərasimi keçirilib.

İclasda həmçinin cinayət işləri üzrə hüququ yardım göstərilməsi məqsədilə hazırlanmış “Vəkilin cinayət işində müdafiə fəaliyyəti” metodik vəsaitin çap edilməsinə dəstək verilməsi məsələsinə baxılmış və müsbət qərar verilib.

Daha sonra yeni vəkil bürosunun təsis olunması barədə müraciətlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.

O cümlədən, iclasda xəstəlikləri bağlı bəzi vəkillərə maddi dəstəyin verilməsi barədə müvafiq qərarlar qəbul olunub.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

Oxşar xəbərlər