Aydın Axundov Sumqayıt Məhkəmə Kompleksində vəkillər üçün yaradılan şəraitdən danışdı


  • 7 Sentyabr 2021 13:15

"Sumqayıt Məhkəmə Kompleksində vəkillərin fəaliyyəti üçün yaxşı şərait yaradılıb".

E-huquq.az-ın məlumatına görə, bunu Vəkillər Kolleyiyasının sədr müavini Aydın Axundov Sumqayıt Məhkəmə Kompleksinə tə.kil edilən media-tur zamanı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yeni istifadəyə verilən kompleksdə vəkillərin səmərəli fəaliyyəti üçün ayrıca otaqlar yaradılıb: "Sumqayıt Məhkəmə Kompleksi möhtəşəm binadır və Sumqayıtdakı bütün məhkəmələr burada yerləşir. Hesab edirəm ki, bu bina müasir dövrün tələblərinə tam cavab verir. Eyni zamanda burada hər bir vəkilin normal fəaliyyəti üçün münbit şərait mövcuddur. Ümumiyyətlə, bu cür layihələrlə görülən işlər ədalət mühakiməsinin obyektiv həyata keçirilməsinə öz təsirini göstərəcək. Hesab edirəm ki, hazırda belə məhkəmə komplekslərinə böyük ehtiyac var".

Sevgül Qasımzadə

Oxşar xəbərlər