Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirildi


  • 16 Sentyabr 10:06

Sentyabrın 15-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

E-huquq.az xəbər verir ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Kollegiyanın cari fəaliyyəti barədə ümumi məlumat verib.

Sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş 2 vəkilliyə namizədin onlayn andiçmə mərasimi keçirilib.

İclasda Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 29.10.2018-ci tarixli qərarı ilə təsdiq edilmiş “Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə Dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi Qaydaları”nın müvafiq bəndlərinə dəyişikliklərin edilməsi məsələsinə baxılıb və müsbət qərar qəbul edilib.

İclasda həmçinin, səhhəti ilə bağlı köməklik olunmasına dair Kollegiyaya müraciət etmiş vəkilə maddi yardım göstərilməsi qərara alınıb.

Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilmiş və sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlər müzakirə edilib.

Oxşar xəbərlər