Azərbaycanda daha bir vəkil koronavirusa yoluxdu


  • 16 Sentyabr 2021 16:47

Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Tərlan Azayev koronavirusa yoluxub.

E-huquq.az xəbər verir ki, bu səbəbdən Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Məclisin həbsdə olan sabiq deputatı Rəfael Cəbrayılovun cinayət işi üzrə bu gün keçirilən proses təxirə salınıb.

Hakim qeyd edib ki, təqsirləndirilən şəxsin vəkilinin iştirakı olmadan proses davam etdirilə bilməz.

Proses sentyabrın 30-na təyin edilib.

Oxşar xəbərlər