Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib


  • 22 Sentyabr 2021 17:57

Sentyabrın 22-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

E-huquq.az-ın məlumatına görə, iclasda son dövrlər Vəkillər Kollegiyası tərəfindən görülən işlərin vəziyyəti və Kollegiyanın cari fəaliyyəti barədə ümumi məlumat verilib.

Daha sonra iclas gündəliyinə uyğun olaraq vəkillərin başqa vəkil qurumuna keçməsi, üzvlük haqqından azad olunma ilə bağlı məsələlərə baxılıb və müsbət qərar verilib.

Həmçinin iclasda bir sıra intizam məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib. Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

Oxşar xəbərlər